Futbolçunun xanımı ərinin yarıçılpaq dostları ilə şəklini paylaşdı - FOTO

3-01-2021, 20:45           
Futbolçunun xanımı ərinin yarıçılpaq dostları ilə şəklini paylaşdı - FOTO
Rusiya Premyer Liqasında mübarizə aparan "Rostov"un qapıçısı Sergey Pesyakovun başı dərddədir.

Offsideplus.az xəbər verir ki, futbolçu xanımı Kseniya Pesyakovanın "instaqram"dakı paylaşımına görə qınanır. Belə ki, gözəlliyi ilə göz çıxaran xanım səhifəsində həyat yoldaşı da daxil olmaqla beş yarıçılpaq kişinin qollarında uzandığı fotonu paylaşaraq altına "kişilər əllərində gəzdirir, il pis başlamadı" sözlərini yazıb.

Böyük əksəriyyət şəklə pozitiv yanaşsa da, etiraz edənlər tapılıb. Bir qisim Kseniyanı ərinin yanında o cür şəkil çəkdirdiyinə görə qınayıb, bəziləri isə 1 kişi tapmaq çətin olduğu vaxtda futbolçunun xanımına 5 kişinin qolunda olduğuna görə narazılıq bildirib.

Qeyd edək ki, cütlük 2014-cü ildən bir yerdədir. Bir qız, bir də oğlan övladları var.

Bu da həmin foto.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.