“Hamı güdür ki, biri bir səhv buraxsın, düşsünlər üstünə, daş qalaq etsinlər” – Nura Suri

5-01-2021, 05:19           
“Hamı güdür ki, biri bir səhv buraxsın, düşsünlər üstünə, daş qalaq etsinlər” – Nura Suri
“Son zamanlar insanların “ictimai qınaq” aldandırdığı heç də ictimai qınaq deyil. Hamı güdür ki, biri bir səhv buraxsın düşsünlər üstünə, daş qalaq etsinlər. Çox pis görünür kənardan. Sanki millət bir-birinə düşmən kəsilib. Niyə belə edirsiniz ki? Başa düşürəm ki, pandemiyanın, müharibənin təsirindən əsəblər korlanıb. Evdə işsiz, pulsuz oturmaqdan, cərimələnməkdən hamı bezib. Amma bütün bunları siz tək yaşamırsınız axı, hamımız eyni gündəyik. Bir-birimizə qarşı anlayışlı olaq, hörmət edək. Biri nəsə bir iş görəndə ayağının altını qazmayaq, dəstək verək. Bir və həmrəy olaq”.

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri deyib.
N.Surinin sözlərinə görə, Vikipediyada çalışan azərbaycanlılar şərait yaratmalıdırlar ki, gənc və istedadlı insanlar tanınsınlar: “Onlar isə əksini edirlər, çoxunun hesabını silirlər. Bir baxın, ermənilər nələr edir internet məkanında. Dünyaya yalanlarını çatdırmaqla məşğuldurlar, bir-birlərinə dəstəkdirlər - haqqsız olsalar belə. Bu nədi? Biri Youtube-a nəsə qoyan kimi anında tökülüşüb “dislike” edirsiniz, vikipediya məlumatları sildirirsiniz. “İnstagram”, “Facebook” səhifələrini “hack”, şikayət edirsiniz. Bunu zatən ermənilər edir də bizə qarşı. Saxta profillərdən milləti söyüb, biabır edirsiniz, sonra da vətənpərvərlikdən danışırsınız... Uçuruma gedirsiniz, bunu anlayın. Güc birlikdədir. Möhkəm və azad cəmiyyət yaratmaq üçün bütün bu etdikləriniz çəpərdir. Yaxşı nəyəsə nail olmaq bu gedişlə mümkünsüz görünür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.