“Bond”un sevgilisi Tanya Roberts qeyri-adi şəkildə vəfat edib - FOTO

5-01-2021, 06:23           
“Bond”un sevgilisi Tanya Roberts qeyri-adi şəkildə vəfat edib - FOTO
“A View to a Kill” filmində agent “Ceyms Bond”un sevgilisi rolunu oynayan amerikalı aktrisa və model Tanya Roberts qeyri-adi şəkildə vəfat edib.

Bu barədə TMZ portalı xəbər verir.

Bildirilir ki, Milad ərəfəsində 65 yaşlı aktrisa itləri ilə gəzintiyə çıxıb, geri qayıtdıqda yıxılıb və ağır travma alıb. Xəstəxanada o, tənəffüs aparatına qoşulub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, aktrisa vəfat edib.

Tanya Roberts 1980-ci illərin əvvəllərində seks simvollardan biri sayılırdı.

O, həmçinin “The Beastmaster”, “Sheena”, “Almost Pregnant” kimi filmlərdə rol alıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru