“Üç ilə yaxın döyüşdü, başına 27 tikiş qoydular”

5-01-2021, 10:52           
“Üç ilə yaxın döyüşdü, başına 27 tikiş qoydular”
“Birinci Qarabağ Müharibəsində polis işləyən xalamoğlu şəhid olub. O, könüllü olaraq cəbhəyə yola düşmüşdü. Sonuncu dəfə mənim toyumda iştirak etdi. İki-üç ildən sonra şəhid oldu. Özü ailə qurmamışdı. Elə mənim toyumda çəkdirdiyi şəkillərə baxıb ağlayırdıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova AzTV-də yayımlanan “Ən doğrusu” proqramında qonaq olarkən deyib.

Məşhur müğənni bacısı Lalə Dadaşovanın oğlunun da o zaman yaralandığını söyləyib: “Bacım Lalənin oğlu hərbi xidmətə yollandı. Əsgər kimi vəzifəsini yerinə yetirdikdən sonra hərbçi olmaq istədi. Üç ilə yaxın döyüşdü, başında kantuziya zədəsi (ağır kəllə beyin travması) olub, 27 tikiş qoydular. Çox həyat söndü, insanlar bədbəxt oldular”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru