"Qremmi" mərasimi təxirə salındı

6-01-2021, 08:07           
"Qremmi" mərasimi təxirə salındı
ABŞ-ın Milli İncəsənət Akademiyası Kaliforniyadakı ağır epidemoloji vəziyyət fonunda "Qremmi" mükafatlarının təqdimatı mərasimini təxirə saldı.

Trend-in məlumatına görə, bu barədə "Rollinq Stoun" jurnalı öz saytında məlumat verib.

63-cü "Qremmi" 31 yanvarda baş tutmalı idi. Yeni koronavirusun Kaliforniyada yayılması ilə əlaqədar vəziyyətin ağırlaşması fonunda təşkilatçılar mərasimi ən azı bir ay təxirə salma qərarına gəldilər. Yeni tarix hələ açıqlanmayıb, lakin mərasimin mart ayında keçirilməsi planlaşdırıldığı məlumdur.

Noyabr ayının sonunda təşkilatçılar 84 nominasiya üzrə musiqi mükafatına namizədlər siyahısını açıqlayıblar. Nominasiyalar sayında lider doqquz kateqoriyada mükafata namizəd olan amerikalı müğənni Beyons olub. Müğənnilər Dua Lipa, Taylor Svift və müğənni Roddi Riç hər biri altı nominasiya alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru