Həyat yoldaşı: “Rəmiş” xəstə deyil

6-01-2021, 09:02           
Həyat yoldaşı: “Rəmiş” xəstə deyil
Rafiq Hüseynovun səhhəti ilə bağlı yayılan məlumatlar yalandır.



Teref.az xəbər verir ki, bunu Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib. O bildirib ki, Rəmiş nə koronavirusa yoluxub, nə də səhhətində başqa bir problem var:



"Rəmiş sağlamdır. Reytinq qazanmaqdan ötrü Rəmişin adından istifadə edirlər. Sənətkarın adından ağıllarına gələni yazırlar. Dünəndən çox əsəbiyəm. O özü də əsəbiləşir, yaşlı adamdır, 77 yaşı var. Yalan yazanların hamısını məhkəməyə verəcəyəm".



Qeyd edək ki, daha əvvəl Rəmişin ağır xəstə olması, ötən gün isə koronavirusa yoluxması haqda xəbərlər yayılıb.Kult.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru