Nura Suri: “Az qalmışdınız, Aynişanı top-tüfənglə vurasınız, o, şəhid qızıdır”
6-01-2021, 09:07
“Mən hansısa məsələyə xoş və ya aqressiv münasibət bildirən kimi səhifələrdə çimərlik paltarında şəkillərimi paylaşırlar. Yəni baxın, çimərlik paltarında şəkli var, fikirləri önəmli deyil, bədəninə baxın. Xeyr, elə deyil! Mən həm anayam, həm də atam və anam qazidir. Vətənpərvərlikdən danışırsınız. Mən də qazi övladıyam, niyə müdafiə etmirsiniz? Mənim bu torpaqda gəzməyə, yaşamağa sizinkindən çoxdur. Çünki atam və anam birinci Qarabağ müharibəsi qazisidirlər”.
Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri deyib.
“Az qalmışdınız, Aynişanı (Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanı nəzərdə tutur – Pravda.az) top-tüfənglə vurasınız. Niyə? Onun atası şəhiddir, bilirsiniz? Budur şəhid övladına hörmətiniz? Sabah da bugünkü şəhidlərin övladı oxuyanda, ağzınıza gələni deyəcəksiniz... Ayıbdır, belə şeylər etməyin! Bizə ermənilər baxır. Biri mahnı oxuyan kimi anındaca girib şikayət edirlər. Erməni də bunu edir, azərbaycanlı da. Niyə “Youtube”a mahnı yerləşdirəndə “dislike” edirsiniz? Niyə səhifəmi şikayət edirsiniz ki bağlansın? Bunu onsuz da ermənilər edir. İçimizdə ola-ola düşmənçilik edirsiniz. Bunu trollar edir. Kimdir bu trollara pul ödəyən?” – N.Suri qeyd edib.