“Əsgərin yeməyinə göz dikən məmur, Vətənin çörəyi sənə haram olsun!“ - Nazilə ƏSƏBLƏŞDİ

7-01-2021, 16:13           
“Əsgərin yeməyinə göz dikən məmur, Vətənin çörəyi sənə haram olsun!“ -
Azərbaycan Ordusunda xidmət edən bir neçə əsgər qida çatışmazlığından şikayət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış şairə, teleaparıcı Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşım edib. O, əsgərlərin qida çatışmazlığından gileyləndiyi mesajları paylaşaraq onların haqqını yeyənləri sərt şəkildə qınayıb:

“Gileyini gülə-gülə yazdı əsgər... Əsgərin yeməyinə göz dikən məmur, övladının boğazından keçən suyun hər qurtumunda bu əsgərin haqqı varsa bu vətənin suyu, çörəyi sənə haram olsun! Cənab Prezidentin etibarından sui istifadə edənlərin hamısının sonu fəlakət olacaq!

Dağlara qar yağıb, yollar bağlanıb. Əsgərə yeməyi hava yolu ilə vermək olmur ki? Bu nə deməkdir? Əsgər deyir yollar bağlıdı yemək gəlmir. Əsgər nə üçün yemək, geyinmək dərdi çəkməlidir? Onun Vətən boyda çəkiləsi xidməti var!”














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.