Selena Qomez ABŞ-da baş verən hadisələrdə texnoloji nəhəngləri günahlandırdı

8-01-2021, 05:37           
Selena Qomez ABŞ-da baş verən hadisələrdə texnoloji nəhəngləri günahlandırdı
Dünya şöhrətli müğənni Selena Qomez ABŞ-da dörd nəfərin ölümü ilə nəticələnən iğtişaşlarda sosial media platformalarını və onların sahiblərini günahlandırıb.

“Haber Global” məlumat verir ki, Qomez “Facebook”, “Twitter”, “Instagram” və “Google” kimi sosial media platformalarını ABŞ-ın paytaxtı Vaşinqtonda konqres binasındakı hadisələrdə “oda köz tutataraq” narahatlıq və dezinformasiya yaymaqda ittiham edib.

28 yaşlı müğənni platformaların sahiblərini Vaşinqtonda şiddətli hərəkətlərə yol açan nifrəti yaymaqda günahlandırıb və onların yanlış məlumatların sosial mediada yayılmasının qarşısını almaq üçün daha çox şey etməli olduqlarını bildirib:

“Bu gün Amerika xalqını məyus etdiniz. Ümidvaram, bu işin böyüməsini dayandıracaqsınız”.oxu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.