Azərbaycan gözəli anoreksiyaya mübtəladır, 38 kq-a düşüb

11-01-2021, 03:50           
Azərbaycan gözəli anoreksiyaya mübtəladır,
Tanınmış azərbaycanlı model Səmra Hüseynova onu narahat etməyi, həyəxanlandırmamağı xahiş edib, çünki yayın əvvəlinədək əvvəlki çəkisini qaytarmaq istəyir
"Miss Azərbaycan-2019" titulunun sahibi Səmra Hüseynova etiraf edib ki, anoreksiyadan əziyyət çəkir və hazırda çəkisi 38 kq-dır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Instagram səhifəsinin hekayələr bölümündə məlumat verib. Onun sözlərinə görə, bir çox modellər bu xəstəlikdən əziyyət çəkirlər. İndi Hüseynova çıkisini artırmaq üçün əlindən gələni etdiyini deyir.

"Model karyerasının minuslarından biridir. Həyəcanlanmaq olmaz. Hamıdan mənə dəstək olmağını istəyirəm, pis xəbərlər deməyin, həyəcanlanmaq olmaz. Yaya qədər əvvəlki Səmra olmaq niyyətim var", - model yazıb.

Səmra Hüseynova Azərbaycan modelləri arasında ən ekstravaqantlardan sayılır. O, istənilən eksperimentə hazırdır. Dəb nümayişlərində iştirak edir, tanınmış brendlərin reklam çarxlarında çəkilir. Model tez-tez açıq-saçıq fotolayihələrdə iştirak edir və onları sosial şəbəkədə paylaşmaqla böyük rezonans yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru