Adnan Oktar “kedicik”lərini estetiklə bu qıza oxşatmağa çalışırmış - FOTOLAR

14-01-2021, 16:40           
Adnan Oktar “kedicik”lərini estetiklə bu qıza oxşatmağa çalışırmış - FOTOLAR
Türkiyəli model Ebru Şimşekin 1000 ildən çox həbs cəzası alan Adnan Oktarla bağlı söylədiyi fikirlər ölkə gündəminə çevrilib.

Sfera.az xəbər verir ki, keçmiş model uzun müddətdir ki, Adnan Oktarla mübarizə apardığını söyləyib:




"Mənə o qədər əzab verib ki, uşaqlarıma danışacağım gözəl bir həyat hekayəm olmayıb. Ən çox mübarizə apardıqları insan mən idim, illərlə dəhşətli istəkləri və ambisiyaları üçün mənimlə vuruşdu. "Kedicik”ləriestetiklə cizgi film qəhrəmanlarına çevirib. Bir çoxunu estetik əməliyyatla mənə bənzətmək istəyib”, - deyə E.Şimşek bildirib.




Xatırladaq ki, 2018-ci il 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4 ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı. Məhkəmənin qərarı ilə A. Oktara 1075 il həbs cəzası verilib.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.