Anna Akopyan və qızları Moskvadakı restoranda əyləncə gecəsinə qatılıblar – VİDEO

15-01-2021, 11:46           
Anna Akopyan və qızları Moskvadakı restoranda əyləncə gecəsinə qatılıblar – VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan və qızları Moskvadakı “Hyatt” oteldə fəaliyyət göstərən “Puşkin” restoranında “Köhnə Yeni il bayramı”nı qeyd ediblər.

Teref.az yeniavaz-a istinadən xəbər verir ki, Anna Akopyan və qızları dünən axşam Moskvaya gediblər.

Bildirilir ki, Anna Akopyan və qızlarını Ermənistanın Rusiyadakı səfirliyinin əməkdaşları və çoxlu sayda mühafizəçi müşayiət edir.

Həmçinin bildirilir ki, Anna Akopyanın “Köhnə Yeni il bayramı”nı qeyd etdiyi “Puşkin” restoranı Moskvanın ən elit əyləncə mərkəzlərindən biri hesab olunur.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru