İbrahim Tatlısəsə təzminat davası açdılar

18-02-2021, 02:00           
İbrahim Tatlısəsə təzminat davası açdılar
Şirin Nisan Dengiz, İstanbul Fikri və Sinai Haqlar Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək "İbrahim Tatlısəs və İdobay Müzik əsərin mirasçısına xəbər etmədən əsəri icazəsiz istifadə edib.
Tanınmış Türk şairi və yazıçı Necdet Rüştü Efe'nin qızı Şirin Nisan Dengiz, atasının "Batan Gün Kana Benziyor" parçasının İbrahim Tatlısəs tərəfindən "Yağmurla Gelen Kadın" albomunda icazəsiz istifadə edilməsi iddiası ilə çıxış edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Şirin Nisan Dengiz, Tatlısesə 21 min TL-lik təzminat davası açıb.

Şirin Nisan Dengiz, İstanbul Fikri və Sinai Haqlar Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək "İbrahim Tatlısəs və İdobay Müzik əsərin mirasçısına xəbər etmədən əsəri icazəsiz istifadə edib. Əsər Tatlısəs və İdobay Müzik tərəfindən "YouTube"da icazəsiz olaraq istifadə edilməyə davam edir" deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru