Canlı yayımda gərgin anlar - Qızının keçmiş dostunun başına... - VİDEO

18-02-2021, 03:23           
Canlı yayımda gərgin anlar -
Türkiyənin Atv kanalında yayımlanan “Müge Anlı ile Tatlı Sert” proqramında gərgin anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, canlı yayımlanan proqramda 8 ildir itkin olan qızını axtaran qadın qızının əvvəllər dostluq münasibətində olduğu şəxsin başına tərlik atıb.

Belə ki, proqramda qonaq olan Murat Akın adlı şəxs itkin Gülşən Caymaz haqqında “gecə həyatına düşkün idi” ifadəsini işlətməsi ilə studiada gərginlik yaşanıb.

İtkin qadının anası ayağındakı tərliyi çıxararaq onun başına atıb. O, “Sən kimsən ki, mənim qızımın əxlaqını sorğulayırsan”, - deyə sərt reaksiya verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru