Sevgilisi Zeynəbi öldürdükdən sonra sosial şəbəkədə paylaşım etdi: “Gözünüz aydın” – FOTO

16-04-2021, 15:57           
Sevgilisi Zeynəbi öldürdükdən sonra sosial şəbəkədə paylaşım etdi: “Gözünüz aydın” – FOTO
Türkiyədə sevgilisini 37 bıçaq zərbəsi ilə öldürən boksçuya ömürlük həbs cəzası istənilib.

Teref.az Sonxeber.az-a istinadən xəbər verir ki, Muğlada sevgilisi Zeynəb Şenpınarı döyüb öldürən boksçu Selim Ahmet Kemaloğlu barəsində prokuror tərəfindən ömürlük həbs cəzası istənilib.
Qeyd edək ki, keçən ilin may ayının 24-də Zeynəb Şenpınar sevgilisi Selim Ahmet Kemaloğlunun evinə gedib. Sevgililər arasında naməlum səbəbdən mübahisə başlayıb. Nəticədə Kemaloğlu sevgilisini döyüb, daha sonra mətbəxdən götürdüyü bıçaqla ürəyindən vurub. Sevgilisini öldürdükdən sonra Selim Ahmet özünü də bıçaqla yaralayıb.

Hadisəni törədən boksçu özünün şəxsi hesabında belə bir paylaşım edib: “İki cana qəsd etdiniz, gözünüz aydın”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.