Tanınmış müğənnimiz MÜFLİS OLDU - 120 min pul itirdi

16-04-2021, 16:00           
Tanınmış müğənnimiz MÜFLİS OLDU -
Müğənni Mənzurə Musayeva müflis olub.

Bu barədə Lent.az-a açıqlamasında ifaçının özü danışıb.

O, bildirib ki, yeni biznes qurub və 120 min pul itirib: “Mən biznes baxımından uğurlu insan deyiləm. Bu günə qədər nə qədər biznes qurmuşamsa, hamısı uğursuz olub. Hətta Səyyad Əlizadə ilə duet oxuyan vaxt pul yığırdım ki, ev alım, pulu yığırdım, görürdüm ki, ev bahalaşıb. Allah ancaq mənə müğənnilik sənətindən ruzi yazıb. Balaca bir gözəllik salonu açdım, 20 gün sonra pandemiya oldu. Bu işə görə 120 min pul itirdim. Bilsəydim ki, belə olacaq, heç o işə zamanımı ayırmazdım”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.