“O müğənnilər gəlib Rusiya toylarında oxumasın” – Göyərti qiymətinə toya gedən kimlərdir?

16-04-2021, 20:12           
“O müğənnilər gəlib Rusiya toylarında oxumasın” –
Ölkəmizdə toylara qoyulan qadağadan sonra müğənnilər Rusiyada keçirilən toylara axışır. Bu da təbii ki, şou əhli arasında qalmaqallara səbəb olur. İllərdir Rusiyaya toya gedən müğənnilər yeni toy bazarına çıxan müğənnilərə müxtəlif atmacalar atır. Bir müddət öncə müğənni Rəqsanə qadın müğənnilərin Rusiya toylarından sonra başqa kişilərlə görüşə getdiyini iddia etmişdi.

Bu dəfə isə şou-biznesin əkizləri - Sevil və Sevinc bacıları qalmaqallı açıqlama ilə gündəmə gəlib:

"İnsan özünə, sənətinə qiymət verməlidir. Düşünməlisiniz ki, orada illərdir yaşayan, çalışan, maddi sərhədi aşmayan ifaçılar var. İndi gedənlər orada yaşayanlara mane olurlar. Elə bir qiymətə toya gedirlər ki... Baxıb deyir ki, onu bu qiymətə çağırmaqdansa, Azərbaycandan gələn on başqa ifaçını dəvət edərəm. Bu dərdi Allah bizə verib, dözməliyik. Lazım deyil hamı köçsün ora".

Bəs, göyərti qiymətinə toya gedən müğənnilər kimlərdir? İllərdir Rusiya toylarında “at oynadan” sənətçilər əmkarlarının Rusiya toy bazarına çıxmasına necə baxır?

Müğənni Şəbnəm Tovuzlu Musavat.com-a açıqlamasında bildirib ki, əkizlər haqlıdır:

“Düz deyirlər, göyərti qiymətinə Rusiyaya toya gedənlər var. Amma bu bizə aidd deyil. O qiymətə kimlər gedir, hamı gözəl bilir. Onları da qınamaq olmaz. Hamı dolanmaq istəyir. Burdan 1000-1500 dollara gedənlər var. Mən 5000-6000 dollara gedirəm. Əgər ordayamsa, 4000 dollara razılaşıram. Gətirsinlər, sübut eləsinlər ki, Şəbnəm 2000-2500 dollara harasa gedib”.

Müğənni Damlanın prodüseri Şamil qeyd edib ki, əkizlərin sözlərini özlərinə aid etmir:
“Göyərti söhbətini öz üzərimizə götürmürəm. Biz burda Azərbaycandan gəldiyimiz qiymətlə işləyirik. Burada əvvəldən tələbat olan müğənnilər elə həmin qiymətə işləyir. Tələbatlı olmayan müğənnilər Rusiyaya gəlməsin. Əvvəllər burda toy oxumayan müğənnilər gəlib olan pullarını da Rusiyada xərcləməsinlər. Biletə, hotelə verdikləri pullar yanacaq. Rusiyada boşuna vaxt itirməsinlər. Biz ən aşağısı 400 min rubla gedirik. Təbii ki, su qiymətinə də gələnlər var. Amma bəzi müğənnilər Rusiyaya gəlməmişdən əvvəl düşünsünlər ki, onlara təlabat var, yoxsa yox”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.