Murad Dadaşovdan Xəzər TV-dən getməsi xəbəri ilə bağlı AÇIQLAMA

19-05-2021, 10:27           
Murad Dadaşovdan Xəzər TV-dən getməsi xəbəri ilə bağlı AÇIQLAMA
Xəzər TV-nin baş direktoru Murad Dadaşov öz ərizəsi ilə işdən getməsi haqqında yayılan xəbərə aydınlıq gətirib.

KONKRET.az-a açıqlamasında o bildirib ki, hazırda iş başındadır və yayılan məlumatlar onda təəssüf hissi yaradıb. Murad Dadaşovun sözlərinə görə, belə məlumatları yayanlar cəmiyyəti çaşdırmaq və onun nüfuzuna xələl gətirmək məqsədi güdür. “Çox təəssüflər olsun ki, bəzi xəbər saytları da məlumatı dəqiqləşdirmək əvəzinə tirajlamaqla qeyri-peşəkarlıq nümayiş etdirirlər. Hesab edirəm ki, bu, yolverilməzdir və mənə qarşı bir qrup şəxsin apardığı məqsədli fəaliyyətin bir hissəsidir. Təkrar edirəm, mən iş başındayam və belə məlumatların heç bir əsası yoxdur”.

Qeyd edək ki, Murad Dadaşovun Xəzər TV-dən öz ərizəsi ilə ayrılması barədə xəbər elə həmin gün televiziyanın mətbuat xidməti tərəfindən təkzib edilib və bu, media orqanlarında dərc olunub.

Murad Dadaşovun saytımız vasitəsilə yenidən məsələyə aydınlıq gətirməsi onun nə qədər məsuliyyətli telekanal rəhbəri olduğunun bariz göstəricisidir. Onun bu məsələdə təmkinli davranması, səbir nümayiş etdirməsi, əlçatan olması digər telekanal rəhbərliyi üçün də əsl nümunə sayılmalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.