Xəyanət üstündə tutulan müğənni özünü eyvandan atdı - FOTO

19-05-2021, 16:11           
Xəyanət üstündə tutulan müğənni özünü eyvandan atdı - FOTO
Braziliyalı musiqiçi MC Kevin arvadını aldatdığı otel otağından qaçmaq istəyərkən eyvandan yıxılıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, əsl adı Kevin Nascimento Bueno olan 23 yaşlı musiqiçi dünyasını dəyişib.

Yeni evlənən ifaçı sevgilisi ilə otelə gedib. Onun xəyanətindən arvadı xəbər tutub. Otaqda olan zaman kimsə qapını açmağa çalışıb, Kevin arvadının gəldiyini düşünüb. O, eyvana qaçıb gizlənmək istəyib

Sənətçi aşağı mərtəbədəki eyvana düşməyə çalışıb. Onun bu cəhdi faciə ilə sonlanıb. Yıxılan Kevin yerindəcə can verib. Beşinci mərtəbədən düşən müğənnini xilas etmək mümkün olmayıb.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.