Bankda əməkdar artistə qarşı hörmətsizlik - "...dövlətin imicinə ziyandan başqa bir şey deyil"
24-02-2016, 20:00
Əməkdar artist Aybəniz Haşımova bankda hörmətsizliklə qarşılaşıb.
Axşam.az-ın məlumatına görə, müğənni bu haqda sosial şəbəkədə yazıb:
“Bununla ikinci dəfədir ki, pulköçürmə əməliyyatım uğursuz və qeyri-ciddi olur. Hətta pulu geri almaq istəyəndə bankın işçiləri tərəfindən xoşagəlməz rəftarla qarşılaşdım. Tanıdıqları bir simanı belə qarşılayırlarsa, görün indi başqa müştərilərlə necə rəftar edirlər. Mənə elə gəlir ki, bu cür fəaliyyətdə bağışlanmaz səhv buraxan bir bankın çalışması, dövlətin imicinə ziyandan başqa bir şey deyil”.