Cüneyt Arkın “Kuruluş Osman”dan getdi

8-10-2021, 11:43           
Cüneyt Arkın “Kuruluş Osman”dan getdi
Türkiyə istehsalı olan məşhur “Kuruluş Osman” serialında iki mövsümdür rol alan aktyor Cüneyt Arkın ekran işini tərk edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində bildirib.

“Hər hekayənin bir sonu var. Mənim üçün daha bir hekayənin sonu gəldi. Yeni mövsümdə komanda yoldaşlarıma uğurlar arzulayır, mənə göstərdiyiniz sevgi və hörmət üçün təşəkkür edirəm. Sizinlə yeni layihələrdə görüşəcəyim günləri səbirsizliklə gözləyirəm. Yenidən görüşmək diləyi ilə”, - serialda Ağsaqqalların rəhbəri rolunu canlandıran 84 yaşlı aktyor yazıb.

Qeyd edək ki, Türkiyənin ATV telekanalında yayımlanan “Kuruluş Osman” serialında Burak Özçivit, Özge Törer və s. tanınmış simalar çəkilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru