Meyxanaçı Cavidin üstündən narkotik maddənin çıxma anı – VİDEO

21-10-2021, 16:42           
Meyxanaçı Cavidin üstündən narkotik maddənin çıxma anı – VİDEO
Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) narkotik vasitəyə görə həbs olunma görüntüləri yayılıb.

Üzərinə baxış keçirilən zaman onun çantasından 206 qram narkotik vasitə (heroin) və elektron tərəzi aşkar edilib.

Sosial şəbəkələrdə yayılan iddialara görə, C.Babaşov dediyi meyxanaya görə saxlanılıb. Lakin videoda görünür C.Babaşov narkotik vasitəni çantasından çıxararaq, polisə təqdim edir. Eyni zamanda, onun davranışları, mimikası, əlinin üstü və üzündəki yaralar narkotik vasitə aludəçisi olmasından xəbər verir.

Qeyd edək ki, C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru