Məşhur aktrisa: Filmlərə böyük ekranda, hamı ilə birlikdə baxılmalıdır - FOTO

2-11-2021, 10:00           
Məşhur aktrisa: Filmlərə böyük ekranda, hamı ilə birlikdə baxılmalıdır - FOTO
Dünyaca məşhur britaniyalı aktrisa Tilda Suinton striminq xidmətlərinin kinonu məhv etməsi fikrinə münasibət bildirib. Ulduzun fikrincə kino daim inkişaf edir və onu öldürmək qeyri-mümkündür.

“Yaxşı bilirsiniz ki, karantin zamanı sizin və mənim kimi kinosevər olmayan insanlar belə kinoteatrlar üçün çox darıxırdılar. Heç kim geyim mağazaları üçün darıxdığından şikayət etmirdi, hamı kinoya getmək istəyirdi! İnsanların buna həqiqətən ehtiyacı var!” – deyə aktrisa vurğulayıb və “kino öldü” deyənlərlə razılaşmadığını deyib.

“Hazırda problem kinoteatrlardadır – ora getməyə qorxurlar. Ancaq Kanndakı filmləri sadəcə striminqə sığışdırmaq olmaz. Bu filmlər böyük ekranda, hamı ilə birlikdə baxılmalıdır… Birlikdə işlədiyim müəlliflər, o cümlədən Corc Miller (hansı ki, ilin əvvəlində yeni film çəkdik), Pedro Almoldovar və Pon Çjun-xo… Bu insanlar telefiziya üçün film çəkmirlər. Onlar kinoları kinoteatr üçün çəkirlər”, - deyə aktrisa sözlərini yekunlaşdırıb.




Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru