"Koronavirusa yoluxduğuma görə mənə salam vermirdilər" - Nəzakət Teymurova

4-11-2021, 07:03           
"Koronavirusa yoluxduğuma görə mənə salam vermirdilər" -
"Koronavirusa ilk başlayan vaxtlarda yoluxduğuma görə inanın ki, mənə salam da vermirdilər. Hətta sağalmağımın üstündən 2-3 ay keçsə də, məni görəndə üzlərini çevirirdilər".

Bu sözləri Xalq artisti Nəzakət Teymurova "10-da görüşək" verilişində deyib. Sənətçi virusa harada yoluxmasından danışıb:

"Bu bəlaya biz də düçar olduq. Müalicəmi gecikdirmişdim. Həydər Əliyev Fondu öz üzərinə götürdü. Təşəkkür edirəm. Səhiyyəmiz inkişaf edib. Xəstəxanada hər kəsə eyni qayğını göstərirdilər. Bu kanalda bir layihə var idi. Ora məşqlərə gedib-gəlirdim. Kimdən yoluxduğumu isə bilmədim".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru