Konsertdə faciə: Yeddinci mərtəbədən insanların üzərinə yıxıldı - FOTO

4-11-2021, 08:38           
Konsertdə faciə: Yeddinci mərtəbədən insanların üzərinə yıxıldı - FOTO
İsveçin Uppsala şəhərində konsert salonunda bir nəfər yeddinci mərtəbədən iki nəfərin üzərinə yıxılıb.

Nəticədə həm o özü, həm də üzərinə yıxıldığı şəxslərdən biri ölüb.

“Yüksəklikdən yıxılan təxminən 80 yaşlı kişi yerindəcə ölüb. Daha sonra foyedə olan başqa bir kişi, təxminən 60 yaşlı kişi də həyatını itirib”, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.

İsveçin “Aftonbladet” qəzeti əfsanəvi ABBA qrupu musiqiçiləri Byörn Ulveus və Benni Andersenə həsr olunmuş konsertin çərşənbə axşamı Uppsalada keçirilməsinin planlaşdırıldığını, lakin hadisə səbəbindən ləğv edildiyini yazıb.

Həmçinin, hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alan qadın barədə məlumat veriblər. Polisin məlumatına görə, təxminən 1000 nəfərin yerləşə biləcəyi konsert zalı indi hadisənin araşdırılması üçün bağlanıb.

Eyni zamanda, Uppsala Konsert Kompleksinin saytında onun noyabrın 3-dən 5-dək bağlı qalacağı bildirilir.

Hazırda polis hadisəni qəza kimi qiymətləndirir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru