Bred Pitt bir daha evlənmək istəmir - FOTO

5-11-2021, 08:13           
Bred Pitt bir daha evlənmək istəmir - FOTO
Uzun müddət birlilikdən sonra məşhur aktrisa Ancelina Colidən ayrılan Hollivud ulduzu Bred Pitt şəxsi həyatdan imtina etməyi və bir daha evlənməməyi düşünür.

Bu barədə ulduzun yaxınları bildiriblər.

57 yaşlı sənətçinin tanışları əmin edirlər ki, o, keçmiş həyat yoldaşı ilə boşanma prosesindən sonra üzərinə düşən böyük məsuliyyət yükü səbəbindən qadınlarla tanışlıq və görüşü prioritet hesab etməyi dayandırıb. Onun bir neçə görüşə getdiyi, lakin bunun ciddi bir şeyə səbəb olmadığı bildirilir. Bundan əlavə, Pitt Coli ilə birgə övladlarının qəyyumluğu barədə məhkəmədə çəkişməyə davam edir.

“Bred çox işləyir və mümkün qədər pozitiv olmağa çalışır. Ancelina ilə müharibə həqiqətən də Bredə öz təsirini göstərdi. Xoşbəxtlikdən, onun inanılmaz iradə gücü və gözəl dəstək qrupu var”, - deyə tanışlarından biri bildirib.


Mənbə: UsWeekly












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.