Ukrayna onu "qara siyahı"ya saldı

5-11-2021, 18:51           
Ukrayna onu "qara siyahı"ya saldı
Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi dövlətin milli təhlükəsizliyinə təhdid hesab etdiyi mədəniyyət xadimlərinin siyahısına yeni adlar əlavə edib.

Axşam.az "İnterfaks"a istinadən xəbər verir ki, həmin siyahıya tanınmış rusiyalı yumorist və şoumen Maksim Qalkin daxil edilib.

Bunun səbəbi açıqlanmayıb. Hazırda siyahıda 259 nəfər var.

"StarHit" nəşri yazır ki, buna səbəb Qalkinin 2014-cü ildə Krıma səfər etməsi və "Pyat zvyozd" mahnı müsabiqəsində münsif heyətinin tərkibində iştirak etməsi ola bilər. O, həmçinin 2015-ci ilin avqustunda Krımda olub. 2020-ci ildə Qalkin Ukrayna Prezidenti Vladimir Zelenskini parodiya edib və həmin görüntüləri instaqramda paylaşıb. O, "Prezidentdən beş sual" mövzusunda Ümumukrayna sorğusu ilə bağlı zarafat edib. Artist videonu "Ukrayna üçün xüsusi buraxılış" adı altında paylaşıb. O, həmçinin Rusiya televiziyasının Ukraynaya çox vaxt ayırmasından gileylənib. "Bu, məni artıq çox bezdirib, mən axı Ukraynada yaşamıram, niyə hər dəqiqə ondan danışırsınız?" deyə, Qalkin söyləyib.

Qeyd edək ki, M.Qalkin SSRİ Xalq artisti Alla Puqaçovanın həyat yoldaşıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.