Simpsonlar ailəsinin və Qufinin birgə filmi nümayiş olunacaq - FOTO

6-11-2021, 07:34           
Simpsonlar ailəsinin və Qufinin birgə filmi nümayiş olunacaq - FOTO
“Disney+” “The Simpsons in Plusaversary” adlı qısametrajlı filmini təqdim edəcək.

Posterə əsasən, layihənin qəhrəmanlarından biri də antropomorfik it Qufi (Mikki Maus və Donald Dakın ən yaxın dostu) olacaq.

Seriya ilə bağlı dərc olunan fotoda Homer Simpsonla Qufinin görüşü əks olunub. Epizod əsasən Homerin dəvət olunmadığı “party” barədədir.

“Disney+”un təqdim edəcəyi “The Simpsons in Plusaversary” “The Simpsons” qısametrajlı seriyasının üçüncüsü olacaq.

Bundan əvvəl tamaşaçılara “Yaxşı, Bart və Loki” (The Good, the Bart, and the Loki) və “Ulduz müharibələri”nin motivləri əsasında çəkilən “Güc yuxulardan sonra oyanır” (“The Force Awakens After Sleep”) epizodları nümayiş olunmuşdu.

Epizodun nümayişi noyabrın 12-nə - onlayn kinoteatrın təqdimat ildönümünə planlaşdırılıb.

Mənbə: Deadline












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru