“Evdə tək”in aktyorunun cinayətinin təfərrüatı

25-12-2021, 19:23           
“Evdə tək”in aktyorunun cinayətinin təfərrüatı
Məşhur “Evdə tək” filminin aktyoru həbs edilib.

Editor.az yenisabah.az-a istinadən xəbər verir ki, filmdə “Bazz Makkalister” obrazını canlandıran aktyor Devin Retrey polis tərəfindən saxlanılıb.

Buna səbəb isə aktyorun sevgilisinə otel otağında şiddət göstərməsi olub. İddiaya görə, Devin onu çarpayıya itələdikdən sonra yumruqlayıb və boğmağa çalışarkən “Sən belə öləcəksən” deyib.

Sevgilisinin şikayətindən sonra aktyor həbs edilsə də, o, ittihamları qəbul etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.