Ərdəbildə çəkilmiş türkdilli “Sonsuz” filmi İran Fəcr Festivalının özəl mükafatına layıq görülüb

Bu gün, 12:34           
Ərdəbildə çəkilmiş türkdilli “Sonsuz” filmi İran Fəcr Festivalının özəl mükafatına layıq görülüb
Rejissor Rza Camalinin Ərdəbildə çəkdiyi türkcə “Sonsuz” filmi 40-cı Beynəlxalq Fəcr Festivalının münsiflər heyətinin özəl mükafatına (Kristan Simurq) layiq görülüb.

İranın rəsmi və yarı-rəsmi agentlikləri bu barədə məlumat yayıblar.

“Sonsuz” rejissor Rza Camalinin ikinci uzunmetrajlı kino-filmidir. Onun ilk “Qocalar ölməz” (Ölümsüzlər Kəndi) filmi 2021-ci ildə İran Azərbaycanında böyük ekranlara çıxmışdı. Qocalar Ölməz filmi də Ərdəbildə və türk dilində çəkilmişdi.

Yarı-rəsmi İSNA agentliyinin bildirdiyinə görə, “Sonsuz” filmi bundan əvvəl ABŞ, İtaliya və Qazaxıstanda təşkil olunmuş film festivallarında iştirak edib və mükafatlara layıq görülüb.

Sonsuz filmi 20 ildir heç bir uşağın dünyaya gəlmədiyi və kişilərin bu xususda qadınları günahlandırdığı bir kənddə baş verənləri təsvir edir. Məryəm Mömin, Həmdullah Səlimi, Behruz Allaverdizadə, Sifət Ahari və Vilayət Xubdil kimi aktyorlar filmdə rol alıblar.

Rəsmi İRNA agentliyinin bildirdiyinə görə, “Sonsuz” həmçinin builki festivalda İzləyicilərin Seçimi Müsabiqəsi bölməsində seçilən filmlər arasında yer alıb.

Filmin prodüseri Salman Abbasi İRNA-ya müsahibədə “Sonsuz”un məhdud imkanlarla çəkilmiş olduğuna baxmayaraq, izləyici ilə “yaxşı əlaqə qurmağı bacardığını” ifadə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.