“Hörümçək-adam” pandemiya başlayandan bəri 1 milyard dollar gəlir əldə edən ilk film oldu - VİDEO

28-12-2021, 10:24           
“Hörümçək-adam” pandemiya başlayandan bəri 1 milyard dollar gəlir əldə edən ilk film oldu - VİDEO
Piter Parkerin sərgüzəştlərindən bəhs edən filmin üçüncü hissəsi “Hörümçək-adam: Evə yol yoxdur” (“Spider-Man: No Way Home”) relizdən 12 gün sonra 1 milyard dollar (1,7 milyard manat) gəlir əldə edib.

Beləliklə, baş rolda Tom Hollandın oynadığı film, koronavirus pandemiyasının başlanğıcından bəri milyard dollarlıq kassa toplayan ilk kinofilm olub.



Bundan əvvəl bu nailiyyət “Ulduz müharibələri: Gücün oyanması”na məxsus idi.

Bu məbləği yığmaqda rekord isə “Qisasçılar: Final” (“Avengers: Endgame”) (beş günə) və “Qisasçılar: Sonsuzluq savaşı” (“Avengers: Infinity War”) (11 günə) saqalarına məxsusdur.

“Hörümçək-adam: Evə yol yoxdur” tarixdə 1 milyard dollar gəlir əldə edən 49-cu filmdir.






Mənbə: Hollywood Reporter












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.