Reklamdakı tərəf müqabili tərəfindən hədələnən aktrisa: Tək küçəyə çıxa bilmirəm - FOTO

27-01-2022, 10:55           
Reklamdakı tərəf müqabili tərəfindən hədələnən aktrisa:
Bir müddətdir ki, TRT1 ekranlarında yayımlanan “Masumlar Apartman” serialında rol alan Ezgi Mola diş məcunu reklamındakı tərəf müqabili musiqiçi Kemal Kahramandan məhkəməyə şikayət edib.

“Haber Global”ın məlumatına görə, tanınmış aktrsisa, K.Kakramanın altı ildir onu təqib və təhdid etdiyini bildirib.



Aktrisanın sözlərinə görə, 2016-cı ildə bir tamaşasına gələn Kahraman özünü tanıdaraq gül təqdim edib, bundan sonra da Molanın bütün tamaşalarına gəlməyə başlayıb. Bir gün aktrisanın yenidən qarşısına çıxan Kahraman ona bir şey söyləmək istədiyini deyərək aktrisanı uzun müddət narahat edib.

Məşhur aktrisa “Sizi tanımıram, məndən nə istəyirsiniz, niyə məni mütəmadi izləyirsiniz” deyəndə isə Kahraman Ezgi Molanın üstünə hücum çəkib və “Səni məhv edəcəyəm, öldürəcəyəm. Gününü görəcəksən”, - deyə hədələyib.

Bundan sonra məhkəməyə müraciət edən aktrisa artıq təkcə küçəyə çıxmağa qorxduğunu, daim təşviş yaşadığını bildirib. Hakim aktrisanın tələbini haqlı bilərək, Kahraman barədə iki ay uzaqlaşdırma qərarı verib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.