Dueyn Conson məşhur oyunun filminə çəkiləcək - FOTO

27-01-2022, 11:07           
Dueyn Conson məşhur oyunun filminə çəkiləcək - FOTO
Amerikalı aktyor Dueyn Conson ən böyük və maraqlı oyunlardan birinin film adaptasiyasında iştirak edəcəyini bildirib. O, bu barədə “Men's Journal”a müsahibəsində xəbər verib.

Ancaq aktyor bu məşhur oyunun adını açıqlamayıb.

“Dünyadakı pərəstişkarlara nə təqdim edəcəyimizi səbirsizliklə gözləyirəm. Əlbəttə ki, biz oyunçu dostlarımız üçün düzgün olanı etməyə çalışacağıq, amma həqiqətdə sadəcə əla film çəkmək istəyirik”, - deyə Conson bildirib.

Qeyd edək ki, aktyor bundan əvvəl də oyunlar əsasında filmlərdə çəkilib. Söhbət “Rampage” (2018) və “Doom” (2005) kimi filmlərdən gedir.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.