Türkiyəli məşhurların eşqi başladığı kimi bitdi

29-01-2022, 10:48           
Türkiyəli məşhurların eşqi başladığı kimi bitdi
Bir müddət əvvəl eşq yaşamağa başlayan turkiyəli aktrisa Hande Doğandemir və həmkarı Onur Tuna ayrılmağa qərar veriblər.

“Mahkum” serialı ilə bəyənilən Onur Tuna və axırıncı dəfə “Annemizi saklarken” serialında rol alan Hande Doğandemirin sevgisinin ömrü qisa olub.

Onur Tuna həm işi, həm də şəxsi həyatı ilə bağlı iki mühüm dəyişiklik yaşayıb. Müvəffəqiyyətli oyunçunun ötən həftə səhhətində problemlər yaranıb, o, koronavirus şübhəsilə xəstəxanaya gedib və testi müsbət çıxıb.

Soyuq hava səbəbindən günlərlə özünə gələ bilməyən Tuna karantindədir.

Mənbə: Snob Magazin












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.