“Forsaj”ın yeni hissəsində daha bir Hollivud ulduzu rol alacaq - FOTO

29-01-2022, 13:25           
“Forsaj”ın yeni hissəsində daha bir Hollivud ulduzu rol alacaq - FOTO
Amerikalı aktyor Ceyson Momoa “Cəld və Hiddətli” (“The Fast and the Furious”) franşizasının növbəti hissəsində iştirak etmək üçün danışıqlar aparır.

Daha çox “Forsaj” adı ilə tanınan filmdə onun konkret hansı obrazı canlandıracağı hələlik məlum deyil, ancaq mediada Momoanın yeni cani rolunda oynayacağı ehtimal edilir. Məlumata görə, danışıqlar son mərhələdədir.

Danışıqlar müsbət sonlanacağı təqdirdə o, Vin Dizel, Mişel Rodriqes, Tayriz Qibson və başqalarının komandasına qoşulacaq. Şarliz Teronun geri dönəcəyi ehtimalı isə yüksəkdir.

Rejissor kreslosunu yenidən Castin Lin tutacaq.oxu.az


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.