“Çeburaşka”nın yaradıcısı vəfat etdi

31-01-2022, 10:35           
“Çeburaşka”nın yaradıcısı vəfat etdi
“Çeburaşka” cizgi filminin yaradılmasında yaxından iştirak edən rejissor və animator Maya Buzinova 93 yaşında vəfat edib.

Bu barədə bazar günü “Soyuzmultfilm” kinostudiyasının baş redaktoru Sergey Kapkov məlumat verib.

O, “Facebook” səhifəsində məhz Buzinovanın “Çeburaşka”ya həyat verdiyini yazıb.

Qeyd edək ki, karikaturaçı rəssam olan Maya Buzinova uzun illər SSRİ dövlət teleradiosunun “Ekran” sitehsalat birliyində çalışıb və bir çox məşhur cizgi filmlərinin yaradılmasında iştirak edib.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.