Ağır xəstə olan Andrey Qubin son durumundan danışıb

17-04-2022, 10:24           
Ağır xəstə olan Andrey Qubin son durumundan danışıb
Uzun illər ağır xəstəliklə mübarizə aparan məşhur rusiyalı müğənni Andrey Qubin səhhəti barədə məlumat verib.

O, səs-küylü qonşuların ucbatından dörd otaqlı mənzilindən kirayə qaldığı bir otaqlı mənzilə köçmək məcburiyyətində qalıb.

İfaçı maddi sıxıntılarından da danışıb. O, bu səbəbdən televiziyada müxtəlif verilişlərə qatılmalı olduğunu və hazırda məhz bu yolla çörəkpulu qazandığını etiraf edib.

“Dişlərim tökülür, sol qolum güclə qalxır, yuxuya gedirəm, ağrıdan oyanıram. Hər gün nəfəs almaq mənim üçün daha da çətinləşir. Səhnədə mikrofonla dayanmaq mənim üçün heç də asan deyil”, -deyə Qubin bildirib.

Qeyd edək ki, 2000-ci illərdə həkimlər Qubinə sol tərəfli prosopalgiya diaqnozu qoyublar ki, bu xəstəliyin də müalicəsi yoxdur.

Mənbə: moslenta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.