Ceyms Bondun avtomobilləri hərraca çıxarıldı

23-06-2022, 09:38           
Ceyms Bondun avtomobilləri hərraca çıxarıldı
Britaniyanın “Bonhams” özəl hərrac evi xəfiyyə 007-nin “Spektr” (Spectre, 2015) və “Ölmək üçün vaxt yoxdur” (No Time to Die, 2021) filmlərində idarə etdiyi avtomobilləri satışa çıxarıb.

Ceyms Bondun “Land Rover Defender SVX” və “Aston Martin DBS Superleggera” avtomobilləri maşın həvəskarlarının ixtiyarına verilib.

Hərrac evindən verilə məlumata görə, “Aston Martin”in ilkin qiyməti 250 000 funt sterlinqdir (307 000 dollar). İkinci nəqliyyat vasitəsinin ilkin satış qiyməti isə açıqlanmır. Ticarət evinin nümayəndələri iki avtomobilin satışından toplam ən azı 400-500 min funt-sterlinq (492-615 min dollar) əldə etməyi proqnozlaşdırırlar.

Avtomobillər 23-26 iyun tarixlərində baş tutacaq ənənəvi Qudvud Sürət Festivalı zamanı öz yeni sahiblərini tapacaqlar.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru