“Çakır”ın serialının başlama tarixi bəlli oldu

1-09-2022, 21:41           
“Çakır”ın serialının başlama tarixi bəlli oldu
Əfsanəvi serial “Kurtlar Vadisi”ndə canlandırdığı “Süleyman Çakır” obrazı ilə milyonlarla izləyici kütləsinin sevgisini qazanan Oktay Kaynarca 1 illik fasilədən sonra ekranlara geri qayıdır.

Cebhe.info xəbər verir ki, məşhur aktyorun baş rolunda olduğu “Ben Bu Cihana Sığmazam” adlı yeni serialının yayım tarixi məlum olub.

Türkiyəli məşhur jurnalist Birsen Altuntaşın xəbərinə əsasən, maraqla gözlənilən serial 20 sentyabrda saat 21:00-da yayım həyatına başlayacaq.

Həmçinin, layihə rəhbəri olan Oktay Kaynarca ekran işinin “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialının günündə və saatında olmasına qərar verib.

Bununla yanaşı, “Ben Bu Cihana Sığmazam” serialının ikinci anonsunun da yaxın günlərdə yayımlanması gözlənilir.

Qeyd edək ki, Onur Tanın rejissor olduğu serialda Oktay Kaynarca ilə yanaşı, Pelin Akil, Ebru Özkan, Hakan Karahan, Mina Derman, Eren Vurdem, Işıl Yücesoy, Ragıp Savaş, Erken Sever kimi məşhur simalar yer alır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.