“Həzi Aslanov mənim vizit kartımdır”

11-06-2016, 16:55           

Xalq artisti, tanınmış aktyor Ramiz Novruz kinoda ilk işi olan “Sizi dünyalar qədər sevirdim” filmini xatırlayıb

Publika.az-a danışan aktyor filmdə yaratdığı Həzi Aslanov obrazını sənətdə vizit kartı hesab edir:

“Bir çox aktyor var ki, sənətdə vizit kartı var. Məsələn, Nodar Şaşıkoğlu Mixaylo obrazı ilə tanındı, sevildi. Sonralar daha da gözəl rollar yaratdı, amma Mixaylo onun vizit kartı oldu. Mən də “Sizi dünyalar qədər sevirdim” filmində Həzi Aslanov rolunu canlandıranda 29 yaşım vardı. Çoxları mənim o filmdə qazanacağım uğura inanmırdı. Çoxu deyirdi ki, Ramiz filmi batıracaq. Gənc idim, Sumqayıt Teatrında bir-iki tamaşada oynamışdım. Amma rejissor Tofiq İsmayılov mənə inandı və çəkdi. Həmin film Sovetlər məkanında ən çox gəlir gətirən filmlərdən oldu. Hər kəs məni yolda görüb barmaqla göstərirdi ki, baxın, Həzi Aslanov rolunu oynayan aktyordur. Bu, mənim üçün fəxr idi. Həzi Aslanov mənim sənətdə vizit kartımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.