Ceyms Kemeronun məşhur filmi nə vaxt yayımlanacaq?

30-11-2023, 13:14           
Ceyms Kemeronun məşhur filmi nə vaxt yayımlanacaq?
“Avatar” film seriyasının üçüncü hissəsi 2025-ci ilin qışında - Milad bayramının qeyd olunduğu tarixlərdə yayımlanacaq.

Bunu rejissor Ceyms Kemeron Yeni Zelandiya televiziya kanalına şərhində bildirib.

Kinorejissorun sözlərinə görə, film hazırda qızğın “post-production” mərhələsindədir, və çəkilişlər gərgin rejimdə iki il davam edəcək.

Kemeron qeyd edib ki, o, “Avatar 3”ü təkmilləşdirməyə əksər rejissorların bütöv bir film çəkməyə sərf etdiyi vaxtdan daha çox vaxt sərf edəcək.
Xatırladaq ki, seriyanın sonuncu filmi, 2009-cu ildəki “Avatar” filminin davamı olan “Avatar: Suyun Yolu” keçən il qışda nümayiş olunub. Filmin dünya üzrə kassa gəliri 2,3 milyard dolları ötüb. Filmdə hadisələr ilk filmdəki hadisələrdən təxminən 15 il sonra cərəyan edir.

Mənbə: forbes.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru