Məşhur aktyor çəkiliş vaxtı ölümdən döndü - VİDEO

24-01-2024, 12:08           
Məşhur aktyor çəkiliş vaxtı ölümdən döndü - VİDEO
Tanınmış türk aktyoru Sinan Albayrak çəkiliş meydançasında atdan yıxılaraq ağır xəsarət alıb.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 'Mehmed Fetihler Sultanı'' dizisinin çəkilişi zamanı baş verib.
Qəza zamanı huşunu itirən sənətçi xəstəxanaya çatdırılıb. Tibbi yardımdan sonra özünə gələn Albayrak xəstəxanada video paylaşaraq durumunun normal olduğunu bildirib.
"Kiçik qəza keçirdim. Atla ayrı-ayrı səmtlərə getməyə qərar verdik. Bir az huşumu itirmişdim, amma indi yaxşıyam. Bir az xəsarətlər var, onlar da tezliklə sağalar. Zəng edib soruşanlara təşəkkür edirəm. Hər şey yaxşıdır, narahat olmayın", - deyə Albayrak qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru