Rusiyada “çılpaq gecə”nin təşkilatçısından külli miqdarda pul tələb edildi

24-01-2024, 10:38           
Rusiyada “çılpaq gecə”nin təşkilatçısından külli miqdarda pul tələb edildi
Moskvanın Taqanski Rayon Məhkəməsi “çılpaq gecə”nin təşkilatçısı olan bloqqer Nastya İvleyevaya qarşı mənəvi təzminat tələbilə üçüncü iddianı qeydə alıb.

Bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin “Telegram” kanalı məlumat yayıb.

Məhkəmənin mətbuat xidmətinin məlumatına görə, iddia daha əvvəl oxşar iddialarla çıxış etmiş vəkil Aleksandr Treşyov tərəfindən irəli sürülüb. Xüsusilə, o, İvleyevadan öz xeyrinə bir rubl məbləğində təzminat, həmçinin Ukrayna müharibəsinin iştirakçılarına dəstək verən Vətən Müdafiəçiləri Fonduna bir milyard rubl məbləğində nağd pul köçürülməsini tələb edib.

Qeyd edək ki, İvleyevanın bədnam gecəsi dekabrın 20-də baş tutub. Geyim qaydalarına görə qonaqlar tədbirə yarıçılpaq gəliblər. Qonaqlar arasında Kseniya Sobçak, Anna Asti, Lolita Milyavskaya, Olqa Orlova, Filipp Kirkorov, Ciqan, Oksana Samoylova, Dima Bilan kimi ulduzlar olub. Tədbir və onun iştirakçıları tənqid edilib. İvleyevanın özü və bir sıra digər sənətçilər gecədə iştirak etdiklərinə görə üzr istəyiblər.
Moskva məhkəmələri artıq “çılpaq gecə”yə görə İvleyevaya qarşı iki iddianı rədd edib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru