Xanımı demensiyadan əziyyət çəkən Bryus Uillislə bağlı kövrək xatirələrini paylaşdı - VİDEO
24-01-2024, 17:09
Model Emma Heminq demensiyadan əziyyət çəkən həyat yoldaşı Bryus Uillislə bağlı xoşbəxt anlardan ibarət görüntülər paylaşıb.
Videodan aydın olur ki, Hollivud ulduzu istedadlı aktyor olmaqla yanaşı həm də yaxşı ər və ata olub.
Kadrlarda Uillisin ailəsinin hər anında yanında olduğu görünür. Videoda, həmçinin onun doğuş həyata keçirən xanımına dəstəyi əks olunub. Qeyd edək ki, 68 yaşlı Bryus Uillisin və Heminqin 11 və 9 yaşlı iki qızı var.