Britni Spirs məşhur hotel tərəfindən qara siyahıya salınıb

25-01-2024, 15:08           
Britni Spirs məşhur hotel tərəfindən qara siyahıya salınıb
Dünya ulduzu Britni Spirs qonaqların şikayətindən sonra “Four Seasons Hotel” tərəfindən qara siyahıya salınıb.

Məlumata görə, Britni Spirs qalmaqallı davranışı ilə hotelin əməkdaşlarını və qonaqları bezdirib.

“O, illərdir ki, Vestleyk-Villicdəki “Four Seasons” hotelinə gəlir. Lakin son vaxtlar işçilərin baş ağrısına səbəb olur. Keçən il ona hoteldə yaşamaq qadağası qoyuldu, sonra icazə verildi, indi isə yenidən qara siyahıya salınıb. Bəzi qonaqlar onun hovuz kənarında sinəsi açıq gəzərək başqalarını narahat etməsindən şikayətləniblər. Onun davranışı çox vaxt qəribə və bezdirici olur”, - deyə insayderlər bildirib.
Müğənninin meneceri xəbərin həqiqətə uyğun olmadığını deyib. Hotelin nümayəndələri vəziyyətlə bağlı hələlik şərh vermək istəməyiblər.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru