53 yaşlı Naomi Kempbell görünüşü ilə heyran edib - FOTO
25-01-2024, 16:54
Supermodel Naomi Kempbell Paris Moda Həftəsində nümayişə çıxıb.
53 yaşlı Naomi Kempbell yunan dizayneri Seliya Krithariotinin şousunda hamını təəccübləndirib. Supermodel buduna qədər yarığı olan gümüşü rəngli donda və şəffaf hündürdaban ayaqqabıda podiuma çıxıb. Vizajistlər ulduza yüngül makiyaj, stilistlər isə saçlarını hamar ediblər.
Kempbellin bu görünüşü iştirakçıların böyük marağına səbəb olub.