Məşhur rok-ifaçısının ekspertizasının gizli nəticələri ölümündən 30 il sonra açıqlandı
27-01-2024, 18:54
“Nirvana” qrupunun keçmiş lideri Kurt Kobeynin ekspertizası ilə bağlı hesabat ölümündən 30 il sonra açıqlanıb.
Sənədləri məşhur ifaçının ölümünü araşdıran özəl detektiv Tom Qrant özünün “X” hesabında dərc edib.
Qeyd edək ki, Vaşinqton ştatının qanunları bu məlumatın açıqlanmasını qadağan etdiyi üçün “Nirvana” qrupunun keçmiş liderinin ekspertizasının nəticələri əvvəllər dərc edilməyib.
1994-cü ildə intihar edən Kobeynin narkomaniyadan əziyyət çəkdiyi məlumdur. Sənəd Kobeynin intihar edərək öldüyünü təsdiqləyir. Bundan əlavə, hesabata görə, ölən zaman onun orqanizmində maddələrin qarışığı müəyyən olunub. Qrant özü bu sənədi necə əldə etdiyini açıqlamayıb.