Dünya pop ulduzlarından çağırış: “Musiqini süni intellektdən qoruyun”

3-04-2024, 16:14           
Dünya pop ulduzlarından çağırış:
ABŞ-nin Artistlərin Hüquqları Alyansı musiqidə neyroşəbəkələrin istifadəsinə qarşı çıxıb.

Musiqini süni intellektdən qorumaq xahişi ilə açıq məktub Billi Ayliş, Nikki Minaj, Keti Perri və Kamila Kabello da daxil olmaqla 200-ə yaxın musiqiçi tərəfindən imzalanıb.

Müraciət müəllifləri elektron musiqi yaradıcılarından neyroşəbəkələrdən az istifadə etməyi xahiş edirlər. Onlar bildirirlər ki, neyron şəbəkələrlə əldə edilən musiqi əsl sənətçilərin səslərinin rəqəmsal surətlərini yaradır və bu, müəllif hüquqları ilə bağlı problemlərdən yan keçmək üçün istifadə olunur.

Məktub müəllifləri əmin olduqlarını bildiriblər ki, süni intellekt vicdanla istifadə edildikdə, həqiqətən də musiqi müəlliflərinə öz səslərini zənginləşdirməyə kömək edə bilər.

Məktubu Con Bon Covi və Keyr Hadson kimi sənətçilər də imzalayıblar.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru