“Xalqın dilində danışıb, ona hər şeyi olduğu kimi çatdırmağa çalışıram. Efirdə sadə olmaq yolunu tutdum, pis də alınmadı".
Axşam.az-ın məlumatına görə, bu sözləri "Xəzər" telekanalının aparıcısı Zaur Kamal "Star life" verilişinə açıqlamasında deyib.
Aparıcı ona "yekəxana, özündənrazı" deyənlərə cavab verib:
“Kənardakılar məni kobud, özündənrazı tanıyır. Bu cür deyiləm. İnstaqramda da mənə bunu yazıb, irad tuturlar. Deyirəm ki, realda görsəniz, bu fikriniz alt-üst olacaq. Müğənnilər efirdə etdiklərim üçün incimirlər. Verilişdə onlara söz atmağım, acılamağım efir xatirinədir. Neçə ildir hamısıyla dostam, heç biri ilə küsülü deyiləm. Proqramdan sonra danışırıq, görüşürük. Mən kinli deyiləm. Ürəyiyumşaqlığımdan istifadə etməyə çalışan müğənnilər olub, imkan verməmişəm”.