İlhamə Quliyevanın varidatı açıqlandı - Şok rəqəm

23-08-2016, 14:37           

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə soyğunçuluqda təqsirləndirilərək həbs edilən, mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

teref.az Trend-ə istinadən xəbər verir ki, prosesdə M.Hüseynovanın vəkili Vasif Mirzəyev bildirib ki, cinayət işində Orxan Bəkirovun çəkdiyi vidogörüntünün sübut kimi qeydə alınması doğru deyil və bu fakt sübut kimi qeydə alınmasın.

Vəkil həmçinin qeyd edib ki, istintaqda mərhum İlhamə Quliyevanın varidatının 2 milyon 707 min manat olması barədə göstərilsə də bu, doğru araşdırılmayıb. Müdafiəçi mərhum İlhamə Quliyevanın varidatının araşdırılması barədə məhkəmə qarşısında vəsatət qaldırıb. Vəsatət baxılmamış saxlanılıb.

Sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən M.Hüseynova özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.

Xatırladaq ki, M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilərək barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.